\"Eurovision- 2012\"nin final gecəsində çıxış edəcək təmsilçilərin sayına uyğun olaraq 26 postkard nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, bütün postkardlar Azərbaycanı, onun tarixi, mədəniyyəti, mətbəxi, arxitekturası, təbiətini, insanların qonaqpərvərliyini təsvir edir.
Bu postkardlar hər finalçının çıxışından əvvəl yayımlanacaq. Postkardların təqdim edilməsində əsas məqsəd Azərbaycanı müsabiqənin Avropadakı 100 milyondan çox izləyicisinə qədim tarixi, zəngin mədəniyyəti, dadlı mətbəxi, müasir paytaxtı və qonaqpərvər xalqı olan bir ölkə kimi təqdim etməkdir. Postkardlar Bakıda və onun ətrafında, həmçinin Şəkidə, Mingəçevirdə, Qəbələdə, və Lənkəranda çəkilib.
Qeyd edək ki, postkardlar qısa, 35 saniyəlik təqdimat videolarıdır və ənənəvi olaraq Eurovision Mahnı Müsabiqəsində hər iştirakçının çıxışından əvvəl təqdim olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB