Səfurə Əlizadəyə də "Eurovision 2012"də rol verildi

Səfurə Əlizadəyə də "Eurovision 2012"də rol verildi

"Eurovision 2012" mahnı müsabiqəsinin final mərhələsində iştirak edən ölkələrin təmsilçilərinə Azərbaycandan verilmiş səsləri canlı efirdə açıqlayan şəxsin adı məlum olub. Eurovision.az saytının yaydığı xəbərə görə, sabah nəticələri bütün Avropaya 2010-cu ildə ölkəmizi bu müsabiqədə təmsil edən Səfurə Əlizadə elan edəcək. "Eurovision" mahnı müsabiqəsində ənənəvi olaraq final səsverməsinin nəticələrini hər ölkədən bir nəfər canlı efirdə açıqlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə