Fransa təmsilçisi: \"Azərbaycan gənc və demokratik ölkədir\"

Fransanı "Eurovision-2012"də təmsil edən Anqun (Anggun) Azərbaycanın insan haqlarının durumu barədə sualı cavablandırıb. SİA-nın məlumatına görə, Fransa təmsilçisi Azərbaycanı çox da yaxşı tanımadığını deyib: "Bəli, Azərbaycanla bağlı sualı mənə dəfələrlə ünvanlayırlar. Mən yenə də təkrar etmək istəyirəm ki, Azərbaycanı çox da yaxşı tanımıram. Mənim məlumatım müxtəlif yerlərdə gördüklərim əsasında formalaşıb. Bütün bunlara əsasən düşünürəm ki, Azərbaycan gənc demokratik ölkə kimi qəbul olunmalıdır. Unutmayaq ki, Azərbaycan müstəqilliyini 20 ildir əldə edib və demokratik bir ölkədir. Əlbəttə, mən anlayıram ki, bu, ideal ölkə deyil, amma eyni zamanda siz mənə dünyada ideal ölkə göstərə bilərsinizmi? Azərbaycan 1918-ci ildə qadınlara səsvermə hüququ verən Şərqin ilk demokratik ölkəsidir. Bu özü təqdirəlayiq və qeyd olunmalı faktdır. Yenə də təkrar etmək istəyirəm ki, Azərbaycanda vəziyyət ideal deyil, ölkənin 20 illik müstəqillik tarixi var və ölkə bundan əvvəl uzun illər Sovet İttifaqının bir hissəsi olub".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...