“Şöhrət” ordenli bəstəkarla görüş keçiriləcək

“Şöhrət” ordenli bəstəkarla görüş keçiriləcək

29 may tarixində Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda "Müasirlərlə dialoq" layihəsi çərçivəsində görkəmli bəstəkar, Xalq artisti, UNESCO-nun "Sülh məramlı artisti", "Şöhrət" ordenli professor Firəngiz Əlizadə ilə görüş keçiriləcək. İttifaqın mətbuat katibi İltifat Hacıxanoğlunun SİA-ya verdiyi məlumata görə, proqramda bəstəkarın əsərləri səslənərək haqqında çəkilən film nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə