“Eurovision”dan yaxın, uzaq ölkə mətbuatı nə yazır?

“Eurovision”dan yaxın, uzaq ölkə mətbuatı nə yazır?

"Avropanın ürəyi Azərbaycanda döyünür". Məhz bu başlıq dünya mətbuatını əsas səhifəsini bəzəyir. Təsadüfi deyil ki, bütün dünyanın gözü son iki əsrin ən mötəbər musiqi yarışmasındadır.


Dünya mətbuatının xususi önəm verdiyi bu yarışmanın Azərbaycanda keçirilməsi bəzi ölkələrdə qısqanclıq hissi yaradıb. Bunun "nümunəsi" elə bədxah qonşularımız ermənilərin bu il müsabiqədə iştirakından imtina etməsi oldu. Bəs görəsən, digər ölkələrin müsabiqəyə münasibəti necədir. SİA olaraq bir neçə ölkənin mətbuatını izlədik.


Müsabiqə haqqında daha çox məlumat Rusiya mətbuatında yer alıb. Ən xırda detalları belə önəmsəyən rus jurnalistləri müsabiqənin yüksək səviyyədə təşkil edilməsindən yazıblar. Təbii ki, ən çox öz təmsilçiləri - "Buranovskiye babuşki" qrupuna üstünlük verən mətbuatın alt başlıqları da məhz \"Eurovision\"a həsr olunub. Bu ölkənin media mənsubları ən çox cəlb edən "Bakı Kristal Zalı"nın möhtəşəmliyi olub. I yarımfinalda arenada bütün yerlərinin tutulduğu yazan rus mətbuatı zalın zövlü quruluşunu və ən muasir texniki avadanlıqlardan istifadəsini qeyd edib. Onların bəyəndiyi digər məqam isə iştirakçılar üçün nəzərdə tutulan "green room"un tamaşaçılar arasında qurulması olub.


Sözügedən mətbuat müsabiqənin ən gözəl yeniliyi kimi kompleksin üzərində bütün ölkə təmsilçilərinin ifası zamanı nümayiş olunan bayraqları idi.


Qardaş ölkə Türkiyənin mətbuatı da müsabiqənin paytaxtımızda keçirilməsində məmnundur. Onlar "Eurovision 2012" yarışmasının möhtəşəmliyini qeyd edir. Ölkənin bu ilki təmsilçisi Can Bonomo milliyet.com-a müsahibəsi zamanı Azərbaycandan məmnun olduğunu və yenidən Bakıya gəlmək istədiyi deyib. Təmsilçilər, türk jurnalistləri və turistləri müsabiqənin yüksək təşkilindən danışırlar.


ABŞ mətbuatı isə yarışmada hər hansı bir qüsur tapmadığında səsvermənin şəffaflığını yoxlamağa çalışıb. "Euronews" əməkdaşı apardığı araşdırmanın nəticələrin belə qeyd edir: "Müsabiqədə səsvermənin siyasətlə aparılması fikri "Eurovision"nun özü kimi köhnədir. Ancaq istisna deyil ki, biri-birinə qarşı simpatiyası olan qonşu ölkələr ən çox xalı məhz elə biri-birinə verir. Bu hal bir çox tamaşaçılarda gülüş hissi oyadır. Digərlərində isə əksinə, onlar hər il təkrarlanan və eyni siyasətlə aparılan səsverməyə qəzəblənir. Tənqidçilər də bu cür səsverməyə qarşı biganə deyillər. Onlar qeyd edir ki, aparılan səsvermənin musiqiyə heç bir aidiyyəti yoxdur. Onlar umimiyyətlə, yarışmanı baykot edir".


"Bakı Kristol Zalı"nın möhtəşəm görüntüsü var. Gecə yarı onu izləmək xüsusi zöv verir". Bu başlıq isə Ukrayna mətbuatının manşetindən düşmək bilmir. Elə bununla da məlum olur ki, Ukrayna müsabiqədən razı qalan dövlətlər sırasındadır. Bu ölkənin jurnalistləri də öz təmsilçiləri - Qaytananı dəstəkləyirlər.


Ukrayna mətbuatı Azərbaycan təmsilçisinə qarşı da biganə deyil. Bakıda olan ukraynalı jurnalistlər Səbinə Babayevanın bir çox açıqlamalarını yazırlar. Onlar təmsilçimizin Böyük Britaniyalı Engelbert Hamperdinkə pərəstiş etdiyini və Qaytananı ən böyük rəqib gördüyünü vurğulayır.


İran mətbuatı isə müsabiqəni yalnız tənqid etməyə çalışır. Yarışmada baş verən ən son xəbərlərləri bir kənara qoyub \"xoşagəlməz məqamları\" qeyd edir. İran jurnalistlərini ən çox cəlb edən "Eurovision"na qarşı keçirilən etiraz aksiyaları ilə müsabiqənin rəsmi saytlara hakker hücumları oldu. İran mətbuatı \"Los Angeles Times\" qəzetinin Azərbaycanla bağlı dərc etdiyi təndiqi yazıları əsas xəbər kimi təqdim edir.


Azərbaycanı suçlayan İran səfirini geri çağırmaqla düzğün addım atdığını düşünür. Halbuki bu ittihamların "Eurovision"a birbaşa heç bi aidiyyəti yoxdur.


Belarus mətbuat müsabiqəyə obyektiv yanaşmağa çalışsa da yenə də üstünlüyü öz təmsilçiləri - "Litesound" qrupuna verir. Onlar qeyd edir ki, builki qalibiyətə məhz öz təmsilçiləri layiqdir. Bu mətbuatın digər favoriti Rusiyanın "Buranovskiye babuşki" qrupudur.

Bütün xəbərlər Facebook səhifəmizdə