"Eurovision-2012" mahnı müsabiqəsinin təhlükəsizliyini təmin etmək məqsədi ilə xüsusi olaraq Azərbaycana gələn İnterpolun baş katibi Ronald Noubl jurnalistlərə açıqlama verib. Bildirib ki, Azərbaycan regionun ən təhlükəsiz ölkələrindəndir və İnterpolla Azərbaycan arasında əməkdaşlıq çox yüksək səviyyədə qurulub: "2003-cü ildən Azərbaycana səfər edirəm, ölkənin Daxili İşlər Nazirliyi ilə fəal əməkdaşlıq edirik. Azərbaycanda təhlükəsizliyə dair aparılan tədbirlər yüksək səviyyədir. Azərbaycan terrorçuların ölkəyə daxil ola bilməməsi istiqamətində bütün tədbirləri görür. Təhlükəsizliklə bağlı müasir avadanlığın tətbiq edilməsi sahəsində də Azərbaycan birincilər sırasındadır".
Baş katib əlavə edib ki, beynəlxalq və regional səviyyədə ölkəyə daxil olan xarici vətəndaşlarının şəxsiyyətinin müəyyən edilməsi müasir dünyadakı təhlükələrə qarşı vacib amildir: "Bu məsələdə Azərbaycan xarici vətəndaşların sənədlərinin etibarlılığını, onların İnterpol tərəfindən axtarışda olub-olmamasını yoxlamaq məqsədi ilə ən müasir avadanlıqdan istifadə edir".
Məlumat üçün əlavə edək ki, "Bakı Kristal Zalı"nda baş tutan I yarımfinalında müsabiqəni izləmək üçün arenaya daxil olan tamaşaçılar bir necə yoxlanış mərhələsindən keçməli olub. Yoxlanış postundan keçən hər bir kəsin çantasının içərisində olanları müəyyən etmək üçün yoxlanış cihazı işə salınıb. Keçirlməsi qadağan olan hər bir əşya saxlanılıb.
Bu gün baş tutacaq II yarımfinalda da təhlükəzilik işləri eyni səviyyədə olacaq.
Minlərlə polislərin qoruduğu arenaya heç kim profesional fotoaparatla daxil ola bilməz. Bununla yanaşı şou canlı izləmək üçün gələn tamaşaçıların hər bir biletin üzərində şəxsiyyətini təsdiq edən sənəti təqdim etməlidir.
Eyni yoxlanış tədbirlərin zalın içərisində də baş verir. Arenada siqaret çəkmək də qadağandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB