“Conference Hall”da xarici jurnalistlər üçün Plov Mərasimi keçirilib - FOTOLAR
Avroviziya Mahnı Müsabiqəsinin keçirildiyi müddətdə xarici jurnalistlər üçün daha bir mərasim həyata keçirilib. SİA-nın məlumatına görə, bu gün isə, onlara plov təqdim olunub. Belə ki, jurnalistlər üçün nəzərdə tutulmuş konfrans zalında ilk olaraq bütün işıqlar söndürülüb, beləliklə milli geyimdə olan rəqqaslar öncə xalq mahnısı sədası altında çıxış edib.
Qeyd edək ki, bundan sonra isə plov xüsusi nümayiş olunaraq jurnalistlərə təqdim olunub. Plovdan dadan xarici jurnalistlərin əksəriyyəti ilk dəfə yedikləri bu milli yeməyin çox ləzzətli olduğunu bildiriblər.
Xatırladaq ki, bundan öncə isə, jurnalistlər üçün konfrans zalının qarşısında Azərbaycanın digər milli yeməyi olan kabab təqdim olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB