Kipr təmsilçisi İvi Adamou Eurovision Mahnı Müsabiqəsi 2012-nin yarımfinalından sonra təşkil olunan mətbuat konfransında gözlənilməz sualla qarşılaşıb. SİA-nın məlumatına görə, rusiyalı jurnalist müğənniyə sevgi elan edərək "Mənimlə evlənərsinizmi?" sualını verib.
Eurovision Mahnı Müsabiqəsini işıqlandırmaq məqsədilə Azərbaycana gələn telejurnalist İvini Hollivud ulduzları ilə müqayisə edərək ona filmlərdə çəkilməyi də məsləhət görüb. Hətta onu Stiven Spilberq, Nikita Mixalkov, Roman Polanski kimi dünyaşöhrətli rejissorların filmində təsəvvür etdiyini deyib. İvi Adamou jurnalistin evlilik təklifini zarafatla müsbət cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB