Finala keçən 10 ölkənin mayın 26-dakı çıxış ardıcıllığı müəyyən olub- FOTO

\"Eurovision- 2012\" mahnı müsabiqəsinin finalına vəsiqə qazanan 10 ölkə təmsilçisi canlı şoudan sonra mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, mətbuat konfransında həmçinin püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 26-dakı çıxış ardıcıllığı müəyyən olub.


Mətbuat konfransında çıxış edən ölkələr finala vəsiqə qazandıqları üçün sevinclərini dilə gətiriblər.


Rumıniya təmsilçisi \"Mandinga\" qrupu: \"Hər şey inanılmaz idi. Səhnədə bir daha olacağımız üçün çox sevinirik\".


Moldova təmsilçisi Pasha Parfeny: \"Müsabiqədə ifa edəcəyimiz mahnı birinciliyə layiqdir. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq\".


İslandiya təmsilçisi Gréta Salóme & Jónsi: \"Özümüzü çox yaxşı hiss edirik. Hər kəsin bizim mahnımızı sevərəkdən oxuması çox yaxşıdır\".


Macarıstan təmsilçisi "Compact Disco" qrupu: \"Bizimlə çalışan insanlara çox təşəkkürümüzü bildiririk. Finala vəsiqə qazandığımıza görə çox sevinirik\".


Danimarkalı təmsilçi Soluna Samay: \"Finala keçdiyimizə görə şadıq. Bu gözəl hissdir. Gecədən zövq aldıq\".


Albaniya təmsilçisi Rona Nishliu: \"Bugünkü səhnə və şou çox gözəl idi. Hər şey olduqca maraqlı keçdi. Finalda bizə daha da dəstək olacaqlarını bilirik. Daxildən gələn səsimə inanıram və bilirəm ki, o, məni yanıltmayacaq\".


Kipr təmsilçisi İvi Adamou: \"Sevincimizin həddi- hüdudu yoxdur\".


Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou: \"Bütün nümayəndə heyətinə təşəkkür edirəm. Baxmayaraq ki, bu gün çox əsəbi idim, ancaq finala keçdiyimə görə sevindim. Bir sözlə səhnədə olanda bütün əsəbimi unuduram və əyləncəli oluram\".


Rusiya təmsilçiləri "Buranovskiye babuşki": \"Bizə səs verən hər kəsə öz təşəkkürümüzü bildiririk\".


İrlandiya təmsilçisi "Jedward" qrupu: \"Finala keçdiyimizə görə çox həyəcanlıyıq. Yenidən eyni səhnədə ifa edəcəyimizə görə isə çox şadıq. Öz məşəlimizi yenidən alovlandıracağıq\".

Mətbuat konfransında həmçinin püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 26-dakı çıxış ardıcıllığı müəyyən olub. Beləliklə, Rumıniya ("Mandinga" qrupu- "Zaleilah"), 14, Moldova (Pasha Parfeny – "Lăutar") 26, İslandiya (Gréta Salóme & Jónsi dueti – "Mundu Eftir Mér")7, Macarıstan ("Compact Disco" qrupu – "Sound Of Our Hearts") 2, Danimarka (Soluna Samay – "Should\'ve nown Better") 15, Albaniya (Rona Nishliu – "Suus") 3, Kipr (İvi Adamou- "La La Love") 8, Yunanıstan (Eleftheria Eleftheriou- "Aphrodisiac") 16, Rusiya ("Buranovskiye babuşki" – "Party for everybody") 6, İrlandiya ("Jedward" qrupu – "Waterline") 23 nömrə altında səhnəyə çıxacaq.

Qeyd edək ki, mətbuat konfransından sonra ölkə təmsilçiləri birinci yarımfinal qələbələrini "EuroClub"da qeyd edəcəklər.


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...