\"Eurovision- 2012\"nin I yarımfinalının həyəcanı başladı

\"Eurovision- 2012\"nin I yarımfinalının həyəcanı başladı
Azərbaycanın ev sahibliyi etdiyi \"Eurovision- 2012\"nin I yarımfinalının həyəcanı başladı. \"Bu anı sizinlə paylaşmaqdan qürur duyuruq!\". SİA-nın məlumatına görə, müsabiqənin aparıcıları Leyla, Eldar və Nərgiz \"Bakı Kristal Zalı\"ndan müsabiqənin birinci yarımfinalının canlı şousunda bütün Avropanı belə salamlayıb və hamını Azərbaycanda görməkdən məmnun olduqlarını bildiriblər.

Beləliklə, Bakıda-Eurovision Mahnı Müsabiqəsi 2012-nin paytaxtında yaxın 2 saat ərzində həyəcandolu anlar yaşanacaq. Məhz bu şounun sonunda ilk yarımfinalın 18 ölkəsindən mayın 26-a keçiriləcək final mərhələsinə keçəcək 10 ölkəsinin təmsilçisinin adı bəlli olacaq.

Qeyd edək ki, müsabiqə İctimai televiziya vasitəsi ilə canlı yayımlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə