Kurt Kalleyanın gözlənilməz sürprizi...

Maltanı Azərbaycandakı 57-ci Eurovision Mahnı Müsabiqəsində təmsil edən Kurt Kalleya Bakıda pərəstişkarları ilə görüşüb. SİA-nın məlumatına görə, paytaxt sakinlərinə və qonaqlarına sürpriz edən müğənni onlarla flaşmoba qoşulub və birlikdə Maltanın builki müsabiqədəki \"This Is The Night\" mahnısının sədaları altında rəqs ediblər.


Kurt Kalleya Eurovision səhnəsindəki rəqsinin bir hissəsini fanatları ilə birgə edib. Yüzlərlə pərəstişkar isə onun səhnə hərəkətlərini təkrarlayıb.


Qeyd edək ki, Malta təmsilçisi belə bir flaşmobu öz ölkəsində də etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə