Kipr təmsilçisi İvi Adamou dostlarına Azərbaycandan araxçın hədiyyə alıb. Bunu eurovision.az saytına açıqlamasında təmsilçinin özü deyib. SİA-nın adıçəkilən sayta istinadən verdiyi məlumata görə, Bakının gözəlliyindən də danışan İvi, məmnuniyyətlə bu şəhərdə yaşamağa razıdır. \"Bu neçə gün ərzində Bakının çox yerini gəzdim. Bu şəhər məni valeh edir. Sizə bir sirr açım, məmnuniyyətlə Bakıda yaşayaram. Kiprə qayıtdıqdan sonra dostlarıma bu ölkə haqqında ən gözəl sözləri deyəcəm, çünki qeyrisi mümkün deyil.\"
Müsabiqədə uğur qazanacağına inanan İvi Adamou bundan sonra mütəmadi olaraq \"Odlar Yurdu\"na gələcəyini deyir. \"Artıq Bakı mənim bir parçam olub və dostlarımla yığışıb mütəmadi bu şəhərə gələcəm.\"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB