Albaniya ölkədə baş verən avtobus qəzasına görə Eurovision Mahnı Müsabiqəsinin birinci yarımfinalını canlı yayımlamayacaq. SİA-nın mahnı müsabiqəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, buna baxmayaraq Albaniya münsif səsverməsində iştirak edəcək.
Eurovision Mahnı Müsabiqəsinin rəhbəri Yan Ola Sand avtobus qəzası zamanı yaşanan faciəyə kədərləndiklərini bildirib və qeyd edib ki, Albaniyanın şounun birinci yarımfinalını yayımlamamasına dair müraciəti müsbət dəyərləndirilib. Onun sözlərinə görə, Albaniyanın bu qərarı ölkənin müsabiqədə iştirakına təsir etməyəcək və ölkə şounun ikinci yarımfinal və final mərhələləri yayımlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB