“Buranovskiye babuşki” qrupu liderliyi əldən verdi

Birinci yarımfinalın iştirakçıları arasında yunanıstanlı Eleftheria Eleftheriou liderliyə yüksəlib


Mətbuat Mərkəzində fanatlar və jurnalistlər arasında keçirilən səsvermənin nəticələrinə görə "Buranovskiye babuşki" qrupu liderliyi əldən verib. SİA xəbər verir ki, mayın 21-də saat 23:00-a olan məlumata görə, birinci yarımfinalın iştirakçıları arasında bir neçə gündür ki, liderlik edən rusiyalı nənələr qrupu 435 səslə üçüncü yerdədir. Birinci yerdə isə 445 səslə Yunanıstanı bu yarışmada təmsil edən Eleftheria Eleftherioudur. Rumıniyanı təmsil edən "Mandinga" qrupu isə ikinci yerin sahibi olub.


Mətbuat Mərkəzində fan-klubun üzvlərinin və jurnalistlər arasında təşkil olunmuş səsvermənin nəticələrinə görə ikinci yarımfinalın iştirakçılarına liderliyi isə 462 səslə İsveç təmsilçisi Loren edir. Həmin yarımfinalın ikinci pilləsində yenə də 452 səslə serbiyalı təmsilçi Zeljko Yoksimoviç, üçüncü yerdə isə 427 səslə Norveç müğənnisi Touraj Keshtkardır.

Bütün xəbərlər Facebook səhifəmizdə