"Step İn" gənclərin təşəbbüs qrupu "Eurovision 2012" – yə dəstək naminə "Alovumuza dəstək ol!" ("Support Our Fire") "Step İn Marathon" kampaniyasını həyata keçirdib. SİA-nın verdiyi xəbərə görə, kampaniyanın məqsədi "Eurovision" layihəsinin "qərbdən şərqə" gələməsinə uyğun olaraq Azərbaycanın qərb sərhəddində yerləşən regionlardan şərqdə yerləşən regionlara qədər "Eurovision" məşəlinin yandırlılması və regionların da "Alovumuza Dəstək Ol"-masını təmin etməkdir.
Nəzərinizə çatdıraq ki, kampaniya çərçivəsində Qazax şəhərində yandırılan məşəl növbə ilə Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı və Bakı şəhərlərinə ötürülüb. Hər bir regionda məşəlin yandırılması atəşfəşanlıqla müşayət olunub və hər bir region tərəfindən özünəməxasus şəkildə qeyd olunub.
Qeyd edək ki, sözügedən kampaniya çərçivəsində ümumilikdə 3 000-dən artıq gənc əhatə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB