Rusiya səsvermənin nəticəsinə görə liderliyini davam etdirir

Rusiya səsvermənin nəticəsinə görə liderliyini davam etdirir

Xəbər verdiyimiz kimi, Avroviziya Mahnı Müsabiqəsinin keçirildiyi Kristal Zalda ilk dəfə olaraq Azərbaycanda "touch" sistemli səsvermə lövhəsi yerləşdirilib. SİA-nın məlumatına görə, artıq bir neçə gündür ki, Rusiya 1-ci yarımfinal qrupu arasında liderliyini davam etdirir. Belə ki, qonşu ölkənin "Buranovskie Babuşki" qrupu 355 səs toplayıb. Rumıniya 349 xalla 2-ci, Yunanıstan isə 228 xalla 3-cü yerdə durur.

Məlumat üçün bildirək ki, ikinci yarımfinal qrupunda isə dəyişiklik müşahidə olunur. Bu qrupda isə İsveç 374 xalla 1-ci, Serbiya 370 xalla 2-ci, Türkiyə isə 356 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, səsvermə mayın 22-ə qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə