Norveç təmsilçisi müsabiqədə ifa edəcəyi mahnısını canlı olaraq jurnalistlər üçün səsləndirib - FOTO

Norveç təmsilçisi müsabiqədə ifa edəcəyi mahnısını canlı olaraq jurnalistlər üçün səsləndirib - FOTO
\"Məşqlərim istədiyim kimi keçdi\". SİA-nın məlumatına görə, bunu Norveçi "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edən Touraj Keshtkar bu gün "Baku Crystal Hall"da ikinci məşqindən sonra keçirdiyi mətbuat konfransında deyib.


"Eurovision-2012" mahnı müsabiqəsində ifa etdiyi mahnı barədə məlumat verən Norveç təmsilçisi fikirlərini jurnalistlərlə bölüşüb. O vurğulayıb ki, "Mən səsləndirdiyim mahnıların bəstələnmə prosesində iştirak etməyi çox sevirəm".


Konfransda Touraj Keshtkara üzərində şəkli əks olunan "Afrikaans" adlı jurnal hədiyyə edilib. Sonda müğənni müsabiqədə ifa edəcəyi "Stay" mahnısını canlı olaraq jurnalistlər üçün səsləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə