Səbinə Babayeva: \"Azərbaycan xalqı məndən uğur gözləyir\"- FOTOSESSİYA
Azərbaycanın \"Eurovision- 2012\" təmsilçisi Səbinə Babayeva \"Bakı Kristal Zalı\"nın səhnəsində ikinci məşqini edib. SİA-nın məlumatına görə, məşqdən sonra mətbuat konfransında iştirak edən təmsilçimiz yerli və xarici medianın suallarını cavablandırıb.
\"Bakı Kristal Zalı\"nın səhnəsində etdiyi ilk məşqdə özünü yaxşı hiss etdiyini deyən Səbinə Babayeva: \"Dünənki məşq mənim üçün sadəcə yoxlanış idi. Demək olar ki, yeni texnika və səs effektlərini nəzərdən keçirirdik. Ancaq bu günkü məşqimdə özümü tamamilə enerjili və başqa cür hiss edirdim. Hər şey tam qaydasındadır\",- deyə bildirib.
\"Azərbaycanda öz ölkəmi təmsil etdiyimə görə çox sevinirəm. Bunu ancaq təsvir edə bilərəm. Çox xoşbəxtəm və emosiya ilə doluyam. Əlbəttə bu çox məsuliyyətli bir vəzifədir və millətim məndən uğur gözləyir. Onların ümidini doğrultmağa çalışacağam\",- deyə təmsilçimiz əlavə edib.
Niyə hər dəfə xarici bəstəkarların mahnısına müraciət edirsiniz sualına isə \"özümüzün də çox gözəl bəstəkarlarımız və yüksək mədəniyyətimiz var\",- cavabını verən ifaçı vurğulayıb ki, münsiflər heyəti xüsusi keyfiyyətlərə görə seçilib: \"Müsabiqədə ifa olunacaq mahnının seçimi də məhz onlardan asılıdır. Əgər hər hansısa bir şeyi mükəmməl etmək istəyirsənsə, yerli və ya xarici bəstəkarların musiqisinə müraciət etməyin nəyi pisdir? Bildiyimiz kimi, Azərbaycan müsabiqədə bir neçə ildir ki, iştirak edir. Onu da qeyd edim ki, müsabiqədə ilk dəfə iştirak edəndə Samir və Elnurun mahnısını Azərbaycan bəstəkarı Gövhər Həsənzadə yazmışdı\".
Xalq artisti Alim Qasımov isə Səbinə Babayeva ilə eyni səhnədə çıxış etdiyinə görə məmnun olduğunu bildirib: \"Hər dəfə xarici ölkələrdə konsertlər vermişəm. Bu dəfə isə Azərbaycan səhnəsində çıxış edəcəyəm. Ancaq \"Eurovision\" mahnı müsabiqəsinə görə bir çox ölkərin nümayəndələri Azərbaycana təşrif buyuracaqlar. Əvvəllər Səbinə ilə olan ifamızda bir az gərginlik vardı, ancaq indi hər şey öz qaydasındadır\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB