Donny Montell: \"Gözlərimi səhnədə bağlamağımın səbəbi insanları təəccübləndirməkdir\" - FOTO

\""Eurovision-2012" mahnı müsabiqəsi həyatımda ən yaddan qalan hadisədir\". SİA-nın məlumatına görə, bunu Litvanı "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edən Donny Montell bu gün "Baku Crystal Hall"da ikinci məşqindən sonra keçirdiyi mətbuat konfransında deyib.


İkinci məşqinin də uğurlu keçdiyini bildirən Litva təmsilçisi özünü səhnədə rahat hiss etdiyini diqqətə çatdırıb. Səhnə tərtibatı və ifası ilə bağlı jurnalistlərin suallarını cavablandıran Donny Montell: \"Gözlərimi səhnədə bağlamağımın səbəbi insanları təəccübləndirməkdir. Musiqidə göz önəmlidir. Çünki hissləri onun vasitəsilə ötürmək mümkündür. "Eurovision-2012"də uğur qazanacağıma inanıram", - deyə əlavə edib.


Sonda litva təmsilçisi jurnalistlər qarşısında müsabiqə mahnısını yenidən səsləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...