Roman Lob: \"Bakıdan çox xoşum gəldi\" - FOTOSESSİYA

Roman Lob: \"Bakıdan çox xoşum gəldi\" - FOTOSESSİYA

Almaniyanın "Eurovision-2012" mahnı təmsilçisi Roman Lob "Bakı Kristal Zal"ında ilk məşq və mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, Almaniya təmsilçisi şou baş tutacağı zalın akustikasına heyran olduğunu deyib.

"Səhnə möhtəşəmdir. Bu cür irimiqyaslı zalda ilk dəfədir ki, iştirak edirəm. Mənim nəinki bu zaldan, Bakıdan da çox xoşum gəldi. Azərbaycanın paytaxtı çox gözəldir. Buranın gəzməli-görməli yerləri ilə tanış olmuşam. Almaniyanı "Eurovision" yarışmasında təmsil etməkdən qürur duyuram. Ümid edirəm ki, yarışmada ilk onluqda olacağam".

Uşaqlığının kilsədə keçdiyini deyən təmsilçi tatuajları sevdiyini də vurğulayıb.

Mətbuatın sonunda təmsilçi xarici jurnalistin istəyi ilə repertuarında olan \"Conflict\" mahnısını canlı olaraq ifa edib.

Almaniyalı müğənni mayın 26-da "Standing Still" mahnısı ilə çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə