Nina Badriç: “Bakı Kristal Zal”ı çox möhtəşəmdir\" - FOTO

Nina Badriç: “Bakı Kristal Zal”ı çox möhtəşəmdir\" - FOTO

Xorvatiyanın "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisi Nina Badriç "Bakı Kristal Zal"ında birinci yarımfinalın ikinci məşq və mətbuat konfransını edib. SİA-nın məlumatına görə, müğənni yarışmada qalib gələcəyinə ümid etdiyini deyib.

Fanatlarından ona səs göndərməklərini xahiş edib. "Allaha minnətdaram ki, bu gün "Eurovision" kimi yarışmada iştirak edirəm. "Bakı Kristal Zal"ı çox möhtəşəmdir",- deyə təmsilçi əlavə edib.

Qeyd edək ki, Nina Badriç mayın 24-də səhnəyə "Nebo" mahnısı ilə 10 nömrə altında çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə