Səbinə Babayevanın ilk məşqini uğurla başa vurdu - FOTO

Səbinə Babayevanın ilk məşqini uğurla başa vurdu - FOTO
Nəhayət ki, hamının gözlədiyi an 57-ci \"Eurovision\" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səbinə Babayevanın ilk məşqi baş tutdu. SİA-nın məlumatına görə, təmsilçimiz müsabiqədə ifa edəcəyi \"When the music dies\" mahnısının məşqini uğurla başa vurub.


Məşq prosesindən məlum olub ki, S. Babayeva "Eurovision- 2012" səhnəsində şou ənənələrini, incəsənətin və texnologiyaların sintezini təqdim edəcək. Bugünkü məşqdə Səbinə öz səhnə paltarını təqdim edən tək ifaçı olub. Məlum olub ki, Səbinə Babayeva mayın 26-da "Baku Crystal Hall" səhnəsinə ağ rəngli səhnə geyimi ilə çıxacaq. Səhnə geyiminin üzəri isə qaşlarla bəzədilib.


Çıxışın quruluşçusu Lars Betkenin bildirdiyinə görə, S. Babayevanın paltarından və səhnədən "When the Music Dies" mahnısının hekayətindən bəhs etmək üçün istifadə olunacaq.


Təmsilçimizi səhnədə xalq artistimiz Alim Qasımov və 3 bek- vokalçı müşayiət edib.


Qeyd edək ki, Azərbaycan qalib ölkə kimi mayın 26-da keçiriləcək finalda 13-cü nömrə altında çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə