Anri Jokadze favoritlərini açıqladı - FOTOSESSİYA

Anri Jokadze favoritlərini açıqladı - FOTOSESSİYA
Gürcüstanı "Eurovision 2012" də təmsil edən Anri Jokadze "Bakı Kristal Zalı"nda ikinci məşqini başa vurub. SİA-nın məlumatına görə, səhnəyə qırmızı xalatda çıxan gürcü müğənnisi səhnədə qəribə rəqsləri ilə yadda qalıb.

Məşqdən sonra gürcü təmsilçisi jurnalistlərin suallarını cavablandırıb. O, təmsilçilər arasından 5 ən yaxşısının adını açıqlayıb. O, ilk olaraq Azərbaycan təmsilçisi Səbinə Babayevanın adını çəkib, Daha sonra Ukrayna təmsilçisi Qaytana, Albaniyanı təmsil edən Rona Nişliu, İsveç təmsilçisi Lorin və Rusiyanı təmsil edən "Buranovskiye babuşki" qrupunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə