Bu gün Bakıda 57-ci Eurovision Mahnı Müsabiqəsinin rəsmi açılışı olacaq
Bu gün Azərbaycanın ev sahibliyi etdiyi 57-ci Eurovision Mahnı Müsabiqəsinin rəsmi açılış mərasimidir. SİA-nın məlumatına görə, Bakı \"EuroClub\"unda keçiriləcək təntənəli açılış mərasimində builki müsabiqənin bütün təmsilçiləri, eyni zamanda xüsusi qonaqlar iştirak edəcəklər. Mərasimə qatılacaq bütün qonaqlar qırmızı xalı üzərindən keçəcək. Açılış mərasimi üçün xüsusi proqram hazırlanıb. Məhz bu proqramla şəhərimizin qonaqları Azərbaycanda paytaxt Bakımızda salamlanacaq.
Mayın 19-u eyni zamanda Bakı \"EuroVillage\"nin açılışı ilə yadda qalacaq. Eurovision Mahnı Müsabiqəsinin daha bir əsas məkanlarından olan \"EuroVillage\" bu gündən müsabiqə sevərlərin, qonaqlarımızın və paytaxt sakinlərinin ixtiyarına veriləcək. Artıq bu gündən etibarən Dənizkənarı Milli Parkda, açıq hava altında fəaliyyətə başlayan məkanda mütəmadi olaraq konsertlər təşkil olunacaq, maraqlı tədbirlər keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB