“Eurovision Mahnı Müsabiqəsi 2012 şousu gənc rəssamların gözü ilə” - FOTOSESSİYA
Bu gün "Eurovision Mahnı Müsabiqəsi 2012 şousu gənc rəssamların gözü ilə" mövzusunda tədbir keçirilib. SİA-nın xəbərinə görə, mərasim Səbail Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə keçirilib.
Sözügedən tədbirin ideyasını QHT olan Gənc Sahibkar Klubu İB və Milli Konservatoriyanın Nəzdində İncəsənət Gimnaziyasıdır.
Mərasimdə peşəkar və həvəskar rəssamlar "Eurovision 2012" mahnı müsabiqəsinin iştirakçı dövlətlərin bayraqlarının rəsmlərini çəkiblər.
Qeyd edək ki, Azərbaycan Maarifçi Gənclət Təşkilatı Azərbaycan üçün əlamətdar olan Eurovision Mahnı Müsabiqəsinin keçirilməsinə öz töhvəsini vermək istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB