Moldova təmsilçisi: “Bakı haqda mahnı yaza bilərəm” - MÜSAHİBƏ (FOTO)

Moldova təmsilçisi: “Bakı haqda mahnı yaza bilərəm” - MÜSAHİBƏ (FOTO)

Bəstəkar və müğənni Paşa Parfeni 1986-cı ildə, mayın 30-da doğulub. O, \"Slavyan bazarı\" və \"Mamaia-2009\" müsabiqələrinin qalibidir. 2009, 2010 və 2011-ci illərdə \"No Crime\", \"You should like to show\" və \"Dorule\" mahnıları ilə Moldovanın Eurovision Mahnı Müsabiqəsinin Milli Seçimlərində iştirak edib. Lakin \"Lăutar\" adlı mahnı ilə Moldovanın Milli Finalının bu il qalibi olub.


Bakıya ölkəsinə qalibiyyət qazandırmaq məqsədi ilə gələn Moldova təmsilçisi Paşa Parfeni Səs TV-ə müsahibə verib:



- Xoş gəlmişsiniz. Şəhərimizi bəyəndiniz?

- Təbii, çox bəyəndik. Qonaqpərvər və mehriban xalqsınız. Buranın iqlimini sevdik. Çünki bizim ölkə ilə eynidir. Bakı çox gözəldir.


- Milli mətbəximizi daddınız?

- Bəli, ən çox düşbərəni bəyəndim. Birdə çörək və şirniyyatlar çox dadlıdır.


- Artıq ikinci məşqinizi də etmisiniz. Birinci ilə fərqli var idi?

- Əslində heç bizim üçün böyük bir fərq yox idi. Eyni səhnə və eyni performans. Hər ikisi də bizim üçün uğurlu oldu. Səhnə olduqca gözəldir və ifa etmək üçün çox uğurludur. Ancaq tam hazır olduğumuzu düşünmürük. Biz hətta oteldə belə məşq edirik. Səhnədə fərq odur ki, çox böyükdür.


- Məşqlərinizi görmüşük. Amma çox maraqlıdır, yarışma zamanı səhnəyə necə çıxacaqsınız?

- Bütün performansı indi açıqlasam, maraqlı olmaz. Ancaq onu dəqiq deyə bilərəm ki, səhnə geyimimizdə milli ornamentlər olacaq.


- Gələcək planlarınız nədir?

- Planlarımız çoxdur. Amma hələlik ən böyük işimiz burada uğurla çıxış edib, vətənə dönüb, yaxşıca istirahət etmək. Ondan sonra isə yeni mahnılar yazıb, yarımçıq qalanları bitirmək.


- Siz həm də bəstəkarsınız. Bəlkə Bakı ilə bağlı nələrsə fikirləşmisiz?

- Əslində bu cür çətin qrafiklə mən bunu da düşünmüşəm. Bəli, Bakı haqda mahnı yaza bilərəm.

Bütün xəbərlər Facebook səhifəmizdə