İtaliyanın builki müsabiqə təmsilçisi Nina Zilli və Fransa təmsilçisi Anqun Bakıdadır. Hər iki müğənni dünəndən şəhərimizin qonaqlarıdır. SİA-nın məlumatına görə, eurovision.az saytına müsahibə verən Nina Zilli xalqlarımız arasında oxşarlıqların olmasına dair çox eşitdiyini bildirib. \"Ona görə də Azərbaycan mənim üçün maraqlı bir ölkədir\" - deyə Nina Zilli qeyd edib.
Xatırladaq ki, Eurovision Mahnı Müsabiqəsinin \"Böyük beşliyi\"nə (müsabiqənin final mərhələsində birbaşa çıxış edən ölkələr) daxil olan ölkələr - Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, İspaniya və qalib ölkə kimi Azərbaycan təmsilçiləri \"Bakı Kristal Zalı\"nda mayın 19-da ilk məşqlərini edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB