“Eurovision 2012” mahnı müsabiqəsinə həsr olunmuş tədbir keçirilib

Beynəlxalq Muzeylər Gününə və "Eurovision 2012" mahnı müsabiqəsinə həsr olunmuş tədbir keçirilib. SİA-nın xəbərinə görə, sərginin təşkilatçıları Azərbaycan İstiqlal Muzeyi və Qərb Universitetidir.

Mərasimdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Qərb Universitetinin rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının nümayəndələri, Bakı şəhəri məktəblərinin şagirdləri, Qərb Universiteti, Rəssamlıq Akademiyasının tələbələri, gənc rəssamlar və başqaları iştirak ediblər.

Sərgidə 20 yaşlı rəssamlar 70-dən çox müxtəlif əsərlər nümayiş etdiriblər.

Qeyd edək ki, sərginin əsas iştirakçıları Qərb Universitetinin dizayn fakultəsinin tələbələridir.


Bütün xəbərlər Facebook səhifəmizdə