Rusiya və Serbiya \"Fan Desk\"in nəticəsinə görə, birincidir- Foto

Rusiya və Serbiya \"Fan Desk\"in nəticəsinə görə, birincidir- Foto

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən Avroviziya mahnı müsabiqəsinin konfrans zalında iştirak edən heyət üçün fanat lövhəsi qurulub. SİA-nın məlumatına görə, akkreditasiyadan keçən hər bir şəxs burada dəstəklədiyi ölkəyə səs verə bilər.

Qeyd edək ki, \"Avroviziya\" tarixində ilk dəfə Azərbaycanda "touch" sistemi ilə işləyən səsvermə aparatının günün birinci hissəsində nəticəsi belə olub:

1-ci yarımfinal: Rusiya 230, Yunanıstan 210, Rumıniya 209 səs.

2-ci yarımfinal: Serbiya 202, İsveç 196, Ukrayna 194.

Beləliklə, səsvermənin nəticəsinə əsasən 1-ci yarımfinalın lideri Rusiya, ikinci yarımfinalın lideri isə Serbiyadır.

Bütün xəbərlər Facebook səhifəmizdə