"Eurovision-2012" mahnı müsabiqəsində Türkiyəni təmsil edəcək Can Bonomo SES TV-ə müsahibə verib. Təmsilçi yarışma, eləcə də Bakı haqda fikirlərini bölüşüb.
-İlk dəfədir Azərbaycana gəlirsiniz?
-Xeyir, ilk dəfə deyil. Dörd ay öncə də paytaxtınızın qonağı olmuşdum. Azərbaycan haqda oxuduğum məlumatlardan başqa heç nə bilmirdim. Ancaq bura gəlib ləziz təamlardan daddıqdan və gəzib-gördükdən sonra, sözün əsl mənasında şoka düşdüm. Azərilər çox qonaqpərvərdilər. 2 həftə hələ ki, burdayıq. Hər şey çox gözəldir, inşallah, bundan sonra da yaxşı olar.
-Səhnədə göstərdiyiniz performansları kimdən öyrənmisiniz?
-İstanbuldakı müəllimim Candan Baş öyrədib. Daha əvvəldə Sertap Erenerlə də məşğul olmuşdu və o, birinciliyi qazanmışdı. Ona görə mən də ona müraciət edərək çalışmaq istədiyimi bildirdim.
-Bildiyimizə görə, daha əvvəl radioda çalışmısınız. Niyə aparıcılığınızı davam etdirməyib ifaçılığa üstünlük verdiniz?
-Universitetdə kinofilm fakultəsini bitirmişəm. O, illər ərzində işsiz olduğum üçün radioda çalışırdım. Radioda incəsənət aləmində baş verən məlumatları dinləyicilərə çatdırırdım. Bir müddət keçdikdən sonra televiziyada işləyəsi oldum. Ümumiyyətlə, 8 yaşımdan klassik musiqini öyrənirəm. Daha sonra ilk albomumla tamaşaçıların qarşısına çıxdım. Və nəhayət "Eurovision 2012" yarışmasında iştirakçı qismindəyəm.
- "Eurovision 2012" mahnı yarışmasını qazansanız, planlarınız necə olacaq?
- Əslində heç nə dəyişməyəcək. Sözügedən yarışı qazansam və qazanmasam da arxamda dayanan məni sevən kütlə var. Türkiyəyə gedən kimi ikinci albomumu çıxartmağa və konsert verməyə başlayacağam.
-Nigar Camal və Eldar Qasımovdan başqa "Eurovision" iştirakçılarından daha kimləri tanıyırsınız?
- İnanın ki, mənim adları yadda saxlamaqla bağlı problemim var. Ancaq simalarını və ifa etdikləri mahnını tanıyıram.
- Sizə uğurlar arzulayırıq
- Təşəkkür edirəm. Mən də bütün iştirakçılara, başda Səbinə Babayevaya uğurlar arzu edirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB