Valentina Monetta: \"Bakıda keçirilən caz festivallarına qatılmaq arzusundayam\" - FOTOSESSİYA

Valentina Monetta: \"Bakıda keçirilən caz festivallarına qatılmaq arzusundayam\" - FOTOSESSİYA
\"Bakıda keçirilən caz festivallarına qatılmaq arzusundayam\". SİA-nın məlumatına görə, bunu "Baku Crystal Hall"da ikinci məşqindən sonra keçirdiyi mətbuat konfransında San Marino təmsilçisi Valentina Monetta bildirib.


Onun bugünkü ikinci məşqi daha uğurlu keçib. "İkinci məşqimdə müsabiqə üçün nəzərdə tutulan libasda çıxdığım üçün bir az həyəcanlı idim".


Valentina Monetta "Eurovision-2012" mahnı müsabiqəsində ifa etdiyi mahnının əvvəlki adı reklam xarakteri daşıdığı üçün dəyişdirildiyini diqqətə çatdırıb. Səhnədə fərqli bir performans göstərən müğənni xüsusi əl hərəkətlərinin onun üçün kommunikasiya simvolu olduğunu deyib.


San Marino təmsilçisi qeyd edib ki, mahnılarında caz janrının çalarlarından istifadə etməsi onun bu janra olan istəyinin bariz nümunəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə