Yunanıstan təmsilçisi: \"Bu yarışmanı öz həyatımda önəmli hesab edirəm\"- FOTOSESSİYA

Yunanıstan təmsilçisi: \"Bu yarışmanı öz həyatımda önəmli hesab edirəm\"- FOTOSESSİYA
Bu gün Yunanıstan təmsilçisi Eleftheria nəzərdə tutulan ikinci məşqini və mətbuat konfransını keçirib. SİA-nın məlumatına görə, məşqlər çərçivəsində "Baku Crystall Hall"ın səhnəsinə 3-cü çıxan yunanıstanlı iştirakçı Eleftheria çox parlaq və tünd mavi rəngli səhnə tərtibatı ilə seçilib.


Yarışmada ölkəsini "Aphrodisiac" mahnısı ilə təmsil edəcək müğənni səhnədə vokal imkanları ilə yanaşı, maraqlı perfomans da nümayiş etdirib.Eleftherianın ifası güclü səs, mükəmməl səhnə şousu və möhtəşəm rəqs elementləri ilə müşayiət olunub. Yunanıstanlı xanımın ikinci məşqi də birinci kimi uğurlu keçib. Şousunda xüsusi bir dəyişiklik nümayiş olunmayan xanım müğənni birinci finaladək müsabiqədə nümayiş etdirəcəyi geyimi sirr saxlamaq fikrində olduğunu bildirib.


Təmsilçi çıxışından sonra mətbuat nümayəndələri ilə görüşüb. Təmsilçi çıxış etdiyi zalın möhtəşəmliyini bir daha vurğulayıb. Yarışmanın qalibi olmaq istədiyini deyən müğənni bunun üçün yüksək performans göstərəcəyini deyib. "İfa etdiyim mahnının sözləri çox gözəldir. İnsanlara müsbət enerji aşılayır. Bu yarışmanı öz həyatımda önəmli hesab edirəm. Və əlbəttə ki, qalib olmaq istəyirəm".



Bütün xəbərlər Facebook səhifəmizdə