Hüsniyyə Məhərrəmova: \"Favoritlərim Malta və Türkiyə təmsilçiləridir\"- MÜSAHİBƏ

Azərbaycanın ev sahibliyi edəcəyi 57-ci \"Eurovision\" mahnı müsabiqəsinin nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmova yarışma ilə bağlı SİA-ya müsahibə verib.

- Builki \"Eurovision- 2012\" mahnı müsabiqəsinin nümayəndə heyətinin rəhbərisiniz. Yarışmanın başlanmasına sayılı günlər qaldı. Hazırlıqlar necə gedir?

-Əsas odur ki, gördüyümüz işlərin bəhrəsini görə bilək. Burada olan hamı hər şeydən razıdır. Çalışdıq ki, bu il mənfi cəhətlər olmasın. Hələlik hər şey yaxşı gedir. İnanırıq ki, hər şey planlaşdırılan kimi baş tutacaq.

- Müsabiqədə favoritiniz hansı ölkə təmsilçisidir?

-Favoritlərim çoxdur. Onlardan biri isə Malta və Türkiyə təmsilçisidir. Bunu başqa cür başa düşməsinlər ki, həmin ölkələr Azərbaycana yaxın olduğu üçün adlarını çəkirəm. Sadəcə olaraq onların mahnıları xoşuma gəlir. Hər kəsin favoriti olan İsveç və Rumıniya təmsilçilərini mən də bəyənirəm. Mahnıları çox xoşuma gəlir. Əhval-ruhiyyəm pis olanda onların mahnılarını dinləyib pozitiv enerji alıram.

- Builki müsabiqədə nə kimi yeniliklər olacaq?

-Builki "Eurovision 2012" mahnı müsabiqəsi tamamilə yeniliklərlə zəngindir. Texniki vasitələrdən tutmuş yeni arenanın tikilməsinə qədər hər bir şey yenidir. Ən böyük yeniliyimiz isə maraqlı şoular olacaq.

- Artıq şərhçilərdə məlumdur...

- Bəli. Artıq şərhçilər məlumdur. Əlbəttə ki, hər il olduğu kimi bu il də şərhçilər İctimai Televiziyanın ən tanınmış aparıcılarıdır. Şərhçilər Könül Arifqızı və Saleh Bağırovdur. Onlar birbaşa səhnədən müsabiqəni şərh edəcəklər.

- Təmsilçimiz Səbinə Babayevanın məşqləri nə vaxt başlayacaq?

- Finalda çıxış edəcəyimiz üçün məşqlərimiz digər ölkələrə nisbətən gec başlayacaq. Mayın 19-da ilk məşqimiz keçiriləcək. Həmin gün həm də müsabiqənin rəsmi açılışı olacaq.

- Səbinə Babayeva Alim Qasımovla eyni səhnəni bölüşəcək. Bununla yanaşı, hansı yeniliklər olacaq?

- Bu haqda heç nə deyə bilmərəm. Çıxışımızda olan yenilkləri açıqlamayacağam. İnşallah bunu finalda çıxışımız zamanı görəcəksiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə