Latviya təmsilçisi Qəbələ, İsmayıllı və Astaranı gəzib

Latviya təmsilçisi Qəbələ, İsmayıllı və Astaranı gəzib

Bu gün yenidən məşqlərə başlayan təmsilçilərin bir neçəsi artıq mətbuat konfranslarına da qatılıblar. SİA-nın məlumatına görə, Latviya təmsilçisi Anmari yenə jurnalistlər qarşısına çıxaraq maraqlı açıqlama verib. O, Azərbaycanı artıq turist yerləri ilə məşhur və gözəl bölgələri ilə fəxr edə biləcək ölkə kimi tanıdığını bildirib.


Media nümayəndələri təmsilçiyə "Hansı bölgələrdə olmusunuz?" sualını verərkən fərqli cavab aldılar: "Qəbələ, İsmayıllı və Astarada olmuşam. Oraların təbiətini çox sevdim. Azərbaycan xalqı mehribandır və xaricilərə çox hörmət bəsləyirlər. Bunun üçün sonsuz dərəcədə minnətdaram",-deyə təmsilçi əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə