“Eurovision-2012”-nin rəsmi saytlarını dağıdıblar

“Eurovision-2012”-nin rəsmi saytlarını dağıdıblar

"Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində müsabiqənin rəsmi saytları dağıdılıb. SİA-nın məlumatına görə, saytlara hakerlər hücüm edib. İlkin məlumata görə, saytı İran hakerləri dağıdıb. Özünü "Azadlıq fədailəri" adlandıran haker qruplaşması eurovision.az, eurovisionaz.com, esctoday.com və ann.az saytlarına hücum edib.


Günorta saatlarında gerçəkləşən hücum nəticəsində saytların fəaliyyətində problemlər yaranıb. Ann.az saytının ana səhifəsinə haker qrupunun tələbləri və qətlə yetirilən yazıçı Rafiq Tağının fotosu yerləşdirilib.



Saytlarda haker qrupu tərəfindən Bakıda keçirilən "Eurovision" musiqi yarışması əleyhinə şüarlar yazılıb. Hazırda saytların texniki heyəti problemin aradan qaldırılması ilə məşğul olur.

Bütün xəbərlər Facebook səhifəmizdə