“Eurovision” təmsilçisi Bakıdan ev almağa hazırlaşır-FOTO

"Bakı Kristal Zalın" da baş tutacaq "Eurovision-2012" mahnı müsabiqəsində çıxış etməyə hazırlaşan Gürcüstan təmsilçisi Anri Joxandze jurnalistlərə maraqlı açıqlama verib. SİA-nın məlumatına görə, müğənni Bakını o qədər bəyənib ki, hətta burdan mənzil almaq eşqinə düşüb.


"Bakı o qədər xoşuma gəlir ki, burdan ev almağa hazırlaşıram. Bakıya gəldikdə biz anladıq ki, Azərbaycan həqiqən böyük bir ölkədir. Bakıya minnətdaram ki, qucaq acdığı bütün qonaqlar özləri elə öz evlərində hiss edirlər",-deyə müğənni bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə