Moskvalılar şairə Nigar Həsənzadənin yeni əsəri ilə tanış olacaq - FOTO

Moskvalılar şairə Nigar Həsənzadənin yeni əsəri ilə tanış olacaq - FOTO

"Buta" İncəsənət Mərkəzinin təşkilatçılğı ilə Moskvada tanınmış Azərbaycan qadın şairi Nigar Həsənzadənin "Balaca nağılbaz və Ağ Quş Nara" adlı nağıl kitabının təqdimatı keçiriləcək. Mərkəzdən SİA-ya verilən məlumata görə, tədbirdə müəllif öz yeni kitabını təqdim edərək əsərdən parçalar oxuyacaq və oxucuların suallarına cavab verəcək. Bundan əlavə, Nigar Həsənzadə kitabın nüsxələrini öz imzası ilə oxuculara hədiyyə edəcək. Kitab "Belovodye" nəşriyyatında Azərbaycanın Gənclər və İdman Nazirliyinin dəstəyi ilə buraxılıb.

Nigar Həsənzadənin adı artıq çoxdan həm bakılılara, həm də şairənin uzun illərdən bəri yaşadığı və uğurla yazıb-yaratdığı London sakinlərinə yaxşı tanışdır – 2002-ci ildə onun İngiltərədə Riçard MakKeynin tərcüməsində "Qanadlı üfüqlərdə" adlı şerlər kitabı çapdan çıxıb. Nigarın şerləri dəfələrlə İngiltərə, Almaniya, Türkiyə, ABŞ, Kanada, Avstraliya, Polşa və Rusiyada aparıcı şairlər tərəfindən tərcümə olunaraq ədəbi mətbuatın səhifələrində dərc olunub.

Nigarın şerləri Böyük Britaniyanı\"\"n "Modern Poetry in Translations" jurnalının buraxılışlarından biri kimi çıxan "Russian Women Poets" antologiyasına (redaktoru – professor Valentina Poluxinadır), eləcə də XX əsrin 70 rus qadın-şairi – "Russian Women Poets" Antologiyasına ("Carcanet" nəşriyyatı, ABŞ) daxil edilmişdir.

2009-cu ildə Nigar Həsənzadə Böyük Britaniya ərazisində yaşayan 10 ən yaxşı əcnəbi şair siyahısına daxil edilib ki, bunun da nəticəsində Nigarın əsərləri onun öz ifasında Britaniya kitabxanasının ölməz audio-arxivlərinə həmişəlik daxil edilib.

Nigarın yeni əsəri "Balaca nağılbaz və Ağ Quş Nara" öz məzmuna görə, şərqin mənəvi və dini irsini müəllif təfsirində incəliklə birləşdirən, böyüklər və uşaqlar üçün sehrli nağıldır. Nağılda Nigar oxucuya onu maraqlandıran mənəvi, müasir elmdə öz təsdiqini tapmış dini məlumatları açıqlamağa çalışır.

Məlumat üçün bildirək ki, adıçəkilən kitabın təqdimatı mayın 31-də Moskvada Mərkəzi Jurnalistlər Evində keçiriləcək.

\"\"

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə