Nina Badriç: \"Eurovision-2012\"də iştirakım böyük hədiyyədir\"- FOTO
Xorvatiyanın \"Eurovision 2012\" təmsilçisi 9 yaşından oxumağa başlayıb. SİA-nın məlumatına görə, bunu \"Bakı Kristal Zalı\"nda ilk məşqindən sonra keçirdiyi mətbuat konfransında Xorvatiyanı \"Eurovision 2012\" mahnı müsabiqəsində təmsil edən Nina Badriç deyib.
Böyük səhnədə 19 yaşından çıxış etdiyini deyən müğənni iyunun 4-də 40 yaşını qeyd edəcəyini diqqətə çatdırıb. Nina Badriç Bakıya gəlişinin və belə nüfuzlu bir müsabiqədə iştirakının özü üçün böyük bir hədiyyə olduğunu qeyd edib.
Azərbaycandan, Bakının gözəlliyindən həvəslə danışan Xorvatiya təmsilçisi müsabiqədən sonra şəhərimizin və ölkəmizin görməli yerlərini gəzəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB