Qaytana: \"Bakı nağıllar aləmidir\"- FOTOSESSİYA

Qaytana: \"Bakı nağıllar aləmidir\"- FOTOSESSİYA

\"Bakı möhtəşəm şəhərdir. Şəhərin gözəlliyi məni hələ bura enməmişdən əvvəl cəlb etdi. Hətta təyyarə göydəykən şəhəri lentə almağa başladım\". SİA-nın məlumatına görə, bunu bu gün \"Bakı Kristal Zalı\"nda ilk məşqini edən Ukrayna təmsilçisi Qaytana deyib. \"Hava limanından otelə gedən yolda özümü nağıllar aləmində hiss etdim. Tikililəriniz şəhərin gözəlliyinə müasirlik qatır\".

Eurovision Mahnı Müsabiqəsində uğurlu nəticələri ilə yaddaqalan Ruslana və Ani Lorakla yaxın dost olan Qaytana Bakıya gəlməmişdən əvvəl onlarla görüşdüyünü də bildirib: \"Ruslana və Ani Lorakla görüşümüzdə onlardan Avropa xalqının rəğbətini qazanan iştirakçı olmaq üçün məsləhət aldım. Ruslana söylədi ki, \"çalış enerjini son günə saxla\", ancaq mən o qədər ünsiyyətcil insanam ki, bu məndə alınmır. Ani Lorak isə mənə belə məsləhət verdi: \"Çalış bu möhtəşəm şounun ləzzətini çıxar.\"

Əslən Konqolu olan Qaytana, iki il bundan əvvəl doğma diyarına səyahət edib. Onun əksər mahnılarında isə Afrika ritmləri yer alır. Qaytana Bakıdakı ilk mətbuat konfransında adının mənasını da açıqlayıb: \"Adımın mənası \"güclü\" deməkdir\".

Qeyd edək ki, Qaytananın təbliğat materialı arasında bütün informasiyaların video şəklində yer aldığı buklet, eləcə də onun adına istehsal olunmuş şokolad da var. Qaytana mətbuat konfransında media nümayəndələrinə öz şokoladını da təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə