Alim Qasımov “Eurovision-2012” təmsilçimizlə birgə çıxış edəcək
"Eurovision" mahnı müsabiqəsindəki təmsilçimiz Səbinə Babayevanın çıxışında yenilik var. SİA-nın məlumatına görə, Azərbaycanın xalq artisti, muğam ifaçısı Alim Qasımov "Eurovision-2012" təmsilçisi Səbinə Babayeva ilə birgə çıxış edəcək.
Alim Qasımov Səbinənin çıxışında xüsusi parça ifa edəcək və tamaşaçılara ənənəvi Azərbaycan musiqisinin elementlərini təqdim edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB