Makedoniya təmsilçisi mətbuat konfransına həyat yoldaşı ilə birgə qatılıb- FOTOSESSİYA
"Eurovision 2012" Mahnı Müsabiqəsində Makedoniyanı təmsil edəcək Kaliopinin "Bakı Kristal Zalı"nda ilk məşqi və mətbuat konfransı olub. SİA-nın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran Kaliopi müsabiqəyə keçmiş həyat yoldaşı ilə gəldiyini deyib.
Konfransa da keçmiş həyat yoldaşı ilə birgə qatılan təmsilçi mətbuat konfransında onu sevdiyini də etiraf edib. Müğənni Bakını möcüzəvi şəhər adlandırıb: "Özümü çox xoşbəxt hiss edirəm. Burada insanlar çox qayğıkeşdir. Bizdə də insanlar qonaqları sevgi ilə qarşılayırlar. Ona görə də, çox rahatam. Bura böyük arzu ilə gəlmişəm. Mən çalışacağam Azərbaycan dilini öyrənim. Bəlkə ondan sonra sizlərlə ünsiyyət qurmaq daha rahat olar".
Qeyd edək ki, Kaliopi ölkəsini 1996-cı ildə də "Eurovision" Mahnı Müsabiqəsində təmsil edib. Həmin il o, müsabiqədə "Samo Ti" mahnısını ifa edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB