Serbiya təmsilçisi: \"İlk dəfə zala daxil olduqda çox həyəcanlandım\"- FOTO- VİDEO

Serbiya təmsilçisi Zeljko Joksimovic \"Bakı Kristal Zalı\"nda müsabiqədə ifa edəcəyi \"Nije Ljubav Stvar\" mahnısının ilk məşqini edib. SİA-nın məlumatına görə, məşqdən sonra mətbuat konfransında iştirak edən təmsilçi Bakıya heyran olduğunu bildirib: \"İlk dəfədir ki, Bakıda oluram. Əvvəllər Bakının çox gözəl olduğunu eşitmişdim, ancaq bu gün şəhərinizin gözəlliyinin canlı şahidi oldum\".


\"Bu yarışmada bir daha iştirak etmək mənim üçün xoşdur. Artıq 4-cü dəfədir bu yarışmadayam. Eurovision Mahnı Müsabiqəsində olmaq mənə çox böyük zövq verir.\"


Serbiya təmsilçisi ilk gündən Bakıda hər bir məqamın ona xoş gəldiyini bildirib. \"Bakı Kristal Zalı\"nda hər şey möhtəşəmdir. İlk dəfə zala daxil olduqda çox həyəcanlandım. Buna baxmayaraq, ab-hava, insanları çox bəyəndim və burada olmaq mənə zövq verir. Hər şey çox gözəl olacaq. Mən buna əminəm.



Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...