“Eurovizion Baku 2012”-də ikinci günə yekun vuruldu

“Eurovizion Baku 2012”-də ikinci günə yekun vuruldu

Bu gün "Bakı Kristal Zalı"nda daha 9 ölkə məşq etdi. SİA-nın məlumatına görə, saat 11.00-da başlayan məşqlər 21:00-da yekunlaşıb. Əvvəlcədən müəyyən olunmuş cədvələ əsasən səhnəyə İsrail, San Marino, Kipr, Danimarka, Rusiya, Macarıstan, Avstriya, Moldova və İrlandiya təmsilçiləri çıxıb. Hər bir ölkə təmsilçilərinin məşqindən sonra mətbuat konfransı keçirilib.


Qeyd edək ki, baş tutan mətbuat konfranslarında iştirakçılara Bakı və Kristal Zal haqda ünvanlanan suallar qarşısında onlar təəccüblərini gizlədə bilməyiblər. Qonşu Rusiyadan Bakıya gələn qonaqlar bu şəhərin onlara doğma olduğunu, lakin az bir müddət ərzində paytaxtın tamamən dəyişdiyini vurğulayıb.


Məlumat üçün bildirək ki, bu gün iki ölkə - İsrail və Macarıstan təmsilçiləri mətbuat konfranslarında iştirak etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə