Xarici jurnalistlərin \"Eurovision- 2012\" haqqında fikirləri- SORĞU
Bakıda keçiriləcək Eurovision 2012 mahnı müsabiqəni işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrindən çoxsaylı jurnalistlər Azərbaycana gəlir. SİA-nın məlumatına görə, Eurovision 2012-nin Mətbuat Mərkəzində müsabiqə müddətində yerli jurnalistlərlə yanaşı, 1500-dən çox jurnalist çalışacaq. Amma bu say fanatlarla bərabər təxminən 2000-ə yaxın olacaq. İştirakçı ölkələrin nümayəndə heyətləri isə 1000 nəfərdir. Jurnalist, fanat və nümayəndə heyətlərinin sayı 3000 insanın Bakıya gələcəyindən xəbər verir.
Bildiyimiz kimi, müsabiqənin artıq ilk məşqləri başlayıb. Baxmayaraq ki, müsabiqədə iştirak edəcək ölkələrin hamısından jurnalistlər hələ gəlməyib. Ancaq hələlik gələn jurnalistlər Bakıdan çox məmnun qaldıqlarını və hansı ölkə təmsilçisini dəstəklədiyini məhz bizimlə bölüşüblər.
Danimarka nümayəndəsi: "Bakı mənim gəldiyim şəhərdən çox fərqlidir. Ora çox soyuq, bura isə istidir. Şəhəriniz çox gözəldir. Azərbaycanda heç vaxt olmamışam. Hətta yaxınlığından belə keçməmişəm. Müsabiqədə birinciliyi İsveç təmsilçisi Lorenin qazanacağına inanıram. Çünki onun səsi fantastikdir. İnanıram ki, o builki müsabiqədə qələbə qazanacaq. "Bakı Kristal Zal"da isə işlər hələ tamamlanmayıb. İnanıram ki, finala qədər hər şey tam hazır olacaq".
Niderland nümayəndəsi: "İnsanlarınız çox qonaqpərvərdirlər. Baxmayaraq ki, müsabiqənin keçiriləcəyi zalda olmamışam, ancaq kənardan çox möhtəşəm görünür. Builki müsabiqəyə ev sahibliyi edən Azərbaycana uğurlar arzulayıram".
Böyük Britaniya nümayəndəsi: \"Bura müğənnilərin məşqinin necə keçdiyi və onların mətbuat konfranslarını izləməyə gəlmişəm. Azərbaycanlılar çox istiqanlıdırlar və insanlara yardım etməyi sevirlər. Müsabiqənin ev sahibi Azərbaycana təşkilatçılıq işinə görə 12 bal verərdim. Çünki hər şey çox mükəmməl hazırlanıb. İnanıram ki, builki müsabiqə çox fərqli olacaq. Arenada hələ olmamışam, ancaq kənardan çox gözəl görünür. "Eurovision- 2012" çox gözəl keçəcək. İngiltərədən olduğuma görə Engelbert Hamberdink üçün bütün günü dua edirəm. Ancaq bütün bunlara baxmayaraq İsveç təmsilçisi Lorenin qələbə qazanacağına inanıram. O qalib gəlsə, gələn ilki müsabiqə Stokholmda baş tutacaq. Orada Bakı kimi gözəl şəhərdir. İsveçə getməyi də çox istərdim\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB