Albaniyanın \"Eurovision” təmsilçisi Azərbaycan xalq mahnısını ifa edib-VİDEO
Albaniyanın \"Eurovision Mahnı Müsabiqəsi-2012\" təmsilçisi Rona Nişliu Azərbaycan xalq mahnısını ifa edib. SİA-nın məlumatına görə, Əzizə Mustafazadənı çox sevdiyini qeyd edən Nişliu öz mahnısının məşqindən sonra keçirdiyi mətbuat konfransında \"Bana Bana Gəl\" (Qaçma Gözəl) Azərbaycan xalq mahnısından Azərbaycan dilində bir parça ifa edib.
O qeyd edib ki, heç vaxt Bakıda olmayıb və Bakıya səfər etməyinə çox sevindiyini bildirib.
Ölkəsini təmsil etməkdən qürur hissi duyduğunu deyən Nişliu öz performansını layiqincə yerinə yetirəcəyini bildirib. Nişliu ölkəsini müsabiqədə \"Suus\" mahnısı ilə təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB