Sietse Bakker: \"Bakıdakı Mətbuat Mərkəzi bizim gördüyümüz Eurovision Mətbuat Mərkəzləri arasında ən yaxşısıdır\"
\"Mən hamını-nümayəndə heyətlərini, media mənsublarını və fanları Bakıda Eurovision Mahnı Müsabiqəsi 2012-də salamlayıram. Çalışın bu hadisədən həzz alın\". SİA-nın məlumatına görə, bunu eurovision.az saytına açıqlamasında Eurovision Mahnı Müsabiqəsinin təşkilati işlər üzrə rəhbəri (Event supervisor) Sietse Bakker deyib.
S.Bakker mayın 13-dən etibarən pressa üçün istifadəyə veriləcək Mətbuat Mərkəzinin üstünlüklərindən də danışıb. \"Bakıdakı Mətbuat Mərkəzi bizim gördüyümüz Eurovision Mətbuat Mərkəzləri arasında ən yaxşısıdır\".
O, qarşıdakı bir neçə həftə ərzində Bakıya gələn şəxslərin Eurovision 2012-yə hazırlıqlardan, Bakıda gördüklərindən məmnun qalacaqlarını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB