\"Eurovision 2012\"nin yarımfinallarının interval aktlarının məşqləri olub- FOTO- VİDEO
\"Bakı Kristal Zalı\"nda Eurovision Mahnı Müsabiqəsi 2012-nin birinci və ikinci yarımfinallarının interval aktlarının məşqləri başlayıb. SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, birinci yarımfinalın interval aktında çıxış edəcək \"Natiq\" ritm qrupunun məşqi olub. Elə həmin gün Eurovision Mahnı Müsabiqəsi 2012-nin ikinci yarımfinalının interval aktında performans təqdim edəcək son 5 ilin Eurovision qaliblərinin dublyor məşqi də uğurla keçirilib.
Qeyd edək ki, ötən illərin Eurovision ulduzları \"Bakı Kristal Zalı\"nda Azərbaycanın milli musiqisi ilə zəngin maraqlı şou təqdim edəcək. Təşkilatçılar \"hər kəs bu şounu sevəcək\" deyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB