Emin Ağalarov “Eurovision-2012” mahnı müsabiqəsinə həsr olunan mətbut konfransı keçirib-FOTO
Rusiyada yaşayan biznesmen, müğənni və bəstəkar Emin Ağalarov "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, Emin ara-sıra sahib olduğu See Briz otelində media əhi ilə görüşlər keçirir. Ötən ilə nisbətən müğənninin bu dəfə prodüserləri Devid Beynbridc və Piter Berd də konfransa qatılıb.
Məlum olduğu kimi, E. Ağalarov müsabiqənin final mərasimində çıxış edəcək. Müğənni bu çıxışına ciddi hazırlaşdığını dilə gətirib. Emin finalda "Never Enough" mahnısını təqdim edəcək: "Unudulmaz müsabiqə olacaq. Azərbaycanla yanaşı Rusiya və Böyük Britaniya da birinciliyə layiqdir\".
Müğənni ilə bağlı daha bir xəbər də onun Almaniyanın "EMİ MUSİC" şirkəti ilə birgə çalışdığı yeni albomunun Böyük Britaniya və İrlandiyadan əlavə daha 12 ölkədə yayımlanması olub.
Böyük Britaniyadan söz düşmüşkən Emin açıqlayıb ki, o, mayın 14-15-də promo-tur çərçivəsində sözügedən ölkənin bütün aparıcı radio proqramlarının qonağı olacaq. Mayın 18-də Britaniyanın ən tanınmış "This Morning" səhər proqramında çıxış edəcək.
Konfransda daha bir maraqlı məqam üzə çıxıb. Belə ki, Emin "Eurovision-2012" mahnı müsabiqəsindən sonra mayın 27-də "Euroklub"da solo konsert proqramı ilə çıxış edəcək. Müğənnini səhnədə 20 rus, 20 azərbaycanlı rəqqas və musiqiçi müşayiət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB