Səbinə Babayeva sərbəst güləş üzrə Dünya Kubokunun açılış mərasimində oxuyacaq

Səbinə Babayeva sərbəst güləş üzrə Dünya Kubokunun açılış mərasimində oxuyacaq
Azərbaycanın \"Eurovision 2012\"dəki təmsilçisi Səbinə Babayeva mayın 12-də Bakıda keçiriləcək kişilər arasında sərbəst güləş üzrə Dünya Kuboku 2012-nin açılış mərasimində iştirak edəcək. SİA-nın məlumatına görə, təmsilçimiz açılış mərasimi vaxtı Eurovision 2012-dəki \"When the Music Dies\" mahnısını ifa edəcək.


Yarışlarda birincilik uğrunda mübarizə aparacaq Azərbaycan komandasına dəstək olan Səbinə Babayeva \"mənə qalib əhval-ruhiyyəsini saxlamaq üçün pəhləvanlarımızın məsləhəti lazımdır\" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə