İspaniyanın \"Eurovision 2012\" təmsilçisinə avropalı müğənnilərdən dəstək gəldi

İspaniyanın \"Eurovision 2012\" təmsilçisinə avropalı müğənnilərdən dəstək gəldi

Avropanın müxtəlif müğənniləri və digər ölkələrin Eurovision üzrə Milli Finallarının iştirakçıları İspaniyanın bu ilki təmsilçisi Pastora Solerə dəstək veriblər. SİA-nın məlumatına görə, yarışmaya ciddi hazırlaşan Pastora Soler artıq müsabiqə mahnısının bir neçə yeni versiyasını hazırlayıb.


Müsabiqə ərəfəsində isə Avropanın müxtəlif müğənniləri Pastoraya dəstək xarakterli video hazırlayıblar. Videoda İspaniya Milli Finalının iştirakçıları Baltanás və Anael, Moldovadan Leria, Portuqaliyadan Rui Andrade, Norveçdən Reidun Sæther çəkiliblər.


Birbaşa finalda çıxış edəcək Pastora Soler \"Bakı Kristal Zalı\"na \"Quédate Conmigo\" (\"Mənimlə Qal\") adlı mahnısı ilə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə